Açıq Təhsil deklarasiyası
Açıq təhsil resurslarının perspektivlərinin açılışı
Biz hal-hazırda tədris və təlimdə qlobal inqlab dövrünü yaşayırıq. Bütün dünyada təhsil işçiləri internetdə geniş vüsət tapmış təlim resurslarından açıq və sərbəst istifadə etmək imkanlarını inkişaf etdirməkdədirlər. Təhsil işçiləri elə bir dünya yaratmışlar ki, yer üzündə hər bir kəs və hamı burada bəşəri biliklərdən bəhrələnə və öz töhvələrini verə bilsinlər. Onlar həmçinin elə bir yeni pedaqogika toxumlarını səpmişlər ki, burada təhsil işçiləri və təhsil alanlar birgə biliklər yaradır, formalaşdırır və inkişaf etdirirlər, öz bacarıq və düşüncələrini daha da dərinləşdirirlər.
Bu meydana gələn açıq təhsil hərəkatı artıq yaranmış qabaqcıl ideyaları həmkarları ilə bölüşmək ənənəsini internetin interaktiv mədəniyyəti ilə birləşdirir. Bu da elə bir fikir yaradır ki, heç bir məhdudiyyət olmadan təhsil resurslarından hamı sərbəst istifadə, sifariş, inkişaf etdirmək və təkrar yaymaq imkanına malik olur. Bu fikrin tərəfdarları olan dünya təhsil işçiləri, təhsil alanlar və digərləri öz səylərini birləşdirərək təhsilin effektivliyini və mümkünlüyünü daha da artırmağa yönəldirlər.
Açıq təhsil resurslarının qlobal kolleksiyasının zənginləşməsi bu səylər üçün daha geniş imkanlar yaradır. Bu resurslara tədris və təlimi dəstəkləyən lisenziyalı kurs materialları, dərs planları, dərsliklər, oyunlar, kompüter proqram təminatları və digər vəsaitlər daxildir. Bu da, xüsusilə tədris materialları üçün pul vəsaiti az olan yerlərdə təhsil imkanlarını artırmağa yardım edir. Onlar həmçinin birgə mədəniyyət növü oaln öyrənmə, yaratma, bölüşmə və əməkdaşlığı təmin edir, cəmiyyətin ehtiyacı olan biliyi surətlə dəyişdirir.
Bununla belə, açıq təhsil anlayışı sadəcə açıq təhsil resursları ilə məhdudlaşmır. Bura həmçinin əməkdaşlığı, sərbəst öyrənməni asanlaşdıran açıq texnologiyalar, təhsil işçilərini öz həmkarlarının qabaqcıl ideyalarından faydalanmaları üçün təcrübələrini açıq paylaşmaları da aiddir. Qiymətləndirməyə yeni yanaşmalar, akkreditasiya və birgə öyrənmə də bura daxil ola bilər. Belə innovasiyaların başa düşülməsi və seçilməsi bu hərəkatın uzunmüddətli olması üçün həyati vacibdir.
Bu işin həyata keçirilməsində çoxlu maneələrə rast gəlinir. Əksər təhsil işçiləri inkişaf etməkdə olan açıq təhsil resurslarından hələ də xəbərsiz olaraq qalırlar. Bir çox dövlət və təhsil institutları açıq təhsilin faydalılığından xəbərsizdirlər və ya buna əmin deyillər. Açıq resurslar üçün lisenziyalı proqramlar arasındakı fərq qarışıqlıq və uyğunsuzluq yaradır. Şübhəsiz, hələ də dünyanın əksər ölkələrinin cari açıq təhsilin ayrılmaz hissəsi olan kompüter və şəbəkəyə çıxışı yoxdur. Bu maneələrin öhdəsindən yalnız birlikdə çalışaraq gəlmək olar. Biz təhsil alanları, təhsil işçilərini, təlimçiləri, müəllifləri, məktəbləri, kollecləri, universitetləri, nəşriyyatları, birlikləri, professional cəmiyyətləri, siyasətçiləri, dövlətləri, fondları və bizim görüşlərimizi paylaşan hər kəsi açıq təhsili dəstəkləməyə və yaymağa dəvət edirik. Xüsusən də, açıq təhsil resurslarından istifadəni genişləndirəcək və möhkəmləndirəcək aşağıdakı üç strategiyanı dəstəkləməyə dəvət edirik:
- Tədris edənlər və öyrənənlər: İlk növbədə, biz tədris edənlər və öyrənənləri açıq təhsil hərəkatında fəal iştirak etməyə çağırırıq. Onları açıq təhsil resurslarının yaradılmasında, istifadə edilməsində, uyğunlaşdırılmasında və təkmilləşdirilməsində iştirak etməyə; təhsil sahəsində olan təcrübələrini əməkdaşlığa, ixtiralara və yeni biliklərə tətbiq etməyə; öz həmkarlarını və kolleqalarını da bu işə cəlb etməyə dəvət edirik. Açıq resursların yaradılması və istifadəsi təhsilin əsas tərkib hissəsi hesab edilməlidir və uyğun olaraq dəstəklənməli və qiymətləndirilməlidir.
- Açıq təhsil resursları: İkincisi, biz, təhsil işçilərini, müəllifləri, nəşriyyatları və institutları öz resurslarını açıq nümayiş etdirməyə çağırırıq. Bu, açıq təhsil resurslarından icazəli olaraq istifadə etmək, onları yenidən işləmək, tərcümə etmək, təkmilləşdirmək və hər kəslə bölüşmək imkanlarını asanlaşdıracaq. Resurslar müxtəlif texniki platformalara uyğun formatda təqdim edilməlidir ki, onlardan həm istifadə, həm də redaktə etmək mümkün olsun. Həmçinin elə formatda olmalıdır ki, lazım gəldikdə internetə çıxışı olmayan insanlar da onlardan istifadə edə bilsinlər.
- Açıq təhsil siyasəti: Üçüncüsü, dövlətlər, məktəb idarə heyətləri, kolleclər və institutlar açıq təhsili yüksək prioritetli sahəyə çevirməlidirlər. İdeal olardı ki, vergi ödəyən təhsil resurslarına sərbəst giriş olsun. Akkreditasiya və adaptasiya prosesində açıq təhsil resurslarına üstünlük verməlidir. Təhsil resursları saxlayıcıları aktiv olaraq öz kolleksiyalarına açıq təhsil resurslarını daxil etməli və bu məsələni ön plana çəkməlidirlər.
Bu strategiyalar sadəcə düzgün olaraq nə etmək lazım olduğunu açıqlamır. Onlar 21-ci əsrdə ən ağıllı sərmayəni təhsil və təlimə qoymaq olduğunu əsaslandırırlar. Onlar bunu pul vəsaitllərini bahalı dərsliklərdənsə daha da keyfiyyətli təhsilə yönəltməklə mümkünləşdirəcəklər. Onlar müəllimlərə öz işlərində daha da mükəmməl olmağa kömək edəcək və qlobal nüfuzu yeni imkanlarla təmin edəcəklər. Onlar tədrisdə innovasiyaların tətbiqini sürətləndirəcəklər. Onlar təhsil alanlara mənimsədikləri biliklərə nəzarət etməyə imkan verəcəklər. Bu strategiyalar hər bir kəs üçün vacibdir.
Minlərlə təhsil işçiləri, təhsil alanlar, müəlliflər, inzibatçı işçilər və siyasətçilər açıq təhsil təşəbbüsünə artıq qoşulmuşlar. Bizim hal-hazırda dünyanın istənilən nöqtəsindən varlı və kasıb daxil olmaqla milyonlarla tədris işçilərini və təhsil ocaqlarını da bu hərəkata qoşaraq genişlənmək imkanımız var. Bizim siyasətçilərə müraciət edərək birlikdə çalışmaq, irəlidəki imkanlara yiyələnmək şansımız var. Bizim innovativ açıq biznes modellərini inkişaf etdirən sahibkarları və nəşriyyatları bu işə cəlb etməyə imkanımız var. Bizim təhsil alan yeni nəsli açıq təhsil materialları ilə vasitəsilə öz təhsil və biliklərini gücləndirərək və digərlərilə bölüşərək tərbiyələndirmək şansımız var. Ən vacib olaraq isə biz dünyada milyonlarla insanları sərbəst, yüksək keyfiyyətli təhsil imkanları ilə təmin edərək onların həyat səviyyəsini gözəçarpan dərəcədə yaxşılaşdırmaq imkanımız var.
Biz, aşağıda imza edənlər, bütün insanları və təhsil ocaqlarını bizə qoşularaq Keyp şəhəri Açıq Təhsil Deklarasiyasına imza atmağa və yuxarıda göstərilən üç strategiyadan irəli gələn öhdəlikləri yerinə yetirməyə dəvət edirik. Biz, həmçinin açıq təhsil texnologiyası, təhsil təcrübəsini paylaşmaq və digər təhsil imkanlarının daha geniş yayılmasına səbəb olacaq əlavə strategiyaları da dəstəkləyirik. Bu öhdəlikləri üzərimizə götürərək hər birimiz gələcək görüşlərimizin daha da formalaşması üçün əlimizdən gələni əsirgəməyəcəyik və açıq, dəyişkən və effekli təhsil dünyasına doğru irəliləyəcəyik.
15 Sentyabr, 2007 Keyp şəhəri, Cənubi Afrika.